AZ

“Qarabağ” portuqaliyalı futbolçu üçün hərəkətə keçdi – 1,5 milyon qiyməti var 

“Qarabağ” Portuqaliyanın “Kaza Piya” klubunda çıxış edən Joao Qulartı transfer etmək istəyir.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı mərkəz müdafiəçisi ilə bağlı ilkin sorğu göndərib. Hələlik rəsmi təklif yoxdur.

“Kaza Piya”nın futbolçunu təxminən 1,5 milyon avroya buraxa biləcəyi bildirilir. Qulartın özü də transferə müsbət yanaşır.

Qeyd edək ki, o, bu mövsüm 22 oyunda 1 qol vurub və müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
24
idmanxeber.az

1Mənbələr