Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı PKK ilə aparılan silahlı mübarizənin ölkəyə böyük iqtisadi yük yaratdığını bildirib.
Redaktor.az xəbər verir ki, Ərdoğan PKK-ya qarşı mübarizənin Türkiyəyə təxminən 2 trilyon dollara başa gəldiyini qeyd edib.
O vurğulayıb ki, ötən il başlayan tərksilah prosesi ölkənin iqtisadi inkişafına müsbət təsir göstərə bilər.
Prezident əlavə edib ki, silahlı mübarizənin azalmasından sonra Türkiyənin xüsusilə cənub-şərq bölgələrində sosial-iqtisadi və infrastruktur layihələri gücləndiriləcək.
Ərdoğan həmçinin bildirib ki, proses həssas mərhələdədir və siyasi partiyaların dəstəyi ilə sabit şəkildə davam etdirilməlidir.
Aminə ŞAHSUVARQIZI