Azərbaycan təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında ilk medalı əldə edib.
Fanat.Az xəbər verir ki, tək nəfərlik kayakda Əlimurad Hacızadə gümüş mükafat qazanıb.
Əlimurad 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə yarışda ikinci olub.
Özbəkistanlı Maksim İvliyev qızıl, almaniyalı Maarten Vulff bürünc medal qazanıb.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqata mayın 1-də başa çatacaq.