AZ

Uçan taksilər Nyu-York səmasında - 2 saatlıq yolu 10 dəqiqəyə gedir

ABŞ-ın Nyu-York ştatında Manhetten-Con Kennedi Beynəlxalq Hava Limanı marşrutu üzrə elektrikli hava taksilərinin sınaqları keçirilib.

Publika.az xəbər verir ki, “Joby Aviation” şirkəti tərəfindən hazırlanan tam elektrikli eVTOL tipli uçuş aparatları şəhər daxilində uzun çəkən səyahətləri əhəmiyyətli dərəcədə qısaltmağı hədəfləyir.

Şirkətin açıqlamasına görə, artıq iki nöqtə arasında ilk sınaq uçuşları həyata keçirilib və prosesin bu həftə ərzində davam etdirilməsi planlaşdırılır.

Yeni nəsil hava taksiləri tam elektrik batareya sistemi ilə işləyir. Pilot daxil olmaqla 5 nəfərlik tutuma malik qurğu qısa məsafəli şəhər nəqliyyatı üçün nəzərdə tutulub.

Şirkət bildirir ki, bu nəqliyyat vasitələri helikopterlərlə müqayisədə daha az səs-küy yaradır və sıfır karbon emissiyası ilə seçilir.

Seçilən
54
publika.az

1Mənbələr