AZ

“Liverpul” PSJ-dən futbol alır

“Liverpul” mövsümün sonunda komandadan ayrılması gözlənilən Məhəmməd Salahın yerinə yeni vinger axtarır.

İdmanxeber.az xəbər verir ki, klubun əsas hədəfi PSJ-nin futbolçusu Bredli Barkoladır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

İngiltərə təmsilçisi 23 yaşlı fransalı vingeri yayda transfer etməyi planlaşdırır. PSJ isə oyunçu üçün təxminən 100 milyon avro tələb edir.

Barkola 2023-cü ildə “Lion”dan PSJ-yə 45 milyon avroya keçib. O, bu mövsüm 43 oyunda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
31
idmanxeber.az

1Mənbələr