AZ

AFFA-dan "Sumqayıt"a 12500 manatlıq cərimə

AFFA "Sumqayıt"ı 12500 manat cərimələyib.

Teleqraf xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar qəbul edib.

Azərbaycan Premyer Liqasının XXIX turun“İmişli” – “Sumqayıt” oyununda qonaqların formasında qüsurlar olması səbəbindən matçın gec başladığına görə “Sumqayıt” komandası 1500 manat, azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 8000 manat, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” komandası 3000 manat cərimə olunub.

"İmişli"də isə 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.

“Şamaxı” – “Kəpəz” oyununda qonaqların komandasında 5 nəfər sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat cərimə edilib.

Seçilən
24
teleqraf.com

1Mənbələr