AZ

Hər öskürək allergiyadır? - Pulmonoloq DANIŞDI

"Bu mövsümdə başlayan öskürəklərin bir çoxu allergiya ilə bağlı ola bilər. Allergik öskürəklər, yəni öskürək səbəblərinin böyük bir hissəsini əhatə edir. Lakin burada fikir vermək lazımdır ki, bu uşağın əvvəlki vaxtlarda da bu fəsildə öskürəyi olurdu, ya yox? Anamnez burada mütləq şəkildə çox vacibdir. Valideynin diqqətli olması və məlumatları düzgün ötürməsi vacibdir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva dedi.

Həkim bildirdi ki, öskürəyin digər bir səbəbi reflüks ola bilər:

"Reflüks xəstəliyi uşaqlarda da rast gəlinə bilər və buna bağlı quru öskürəklər yarana bilər. Lakin bu, mövsümdən əlavə qidalanma ilə də bağlı ola bilər. Buna diqqət yetirilməlidir. Həkim böyük ehtimalla digər testləri, yardımçı müayinələri də istəyəcək. Bu testlər də dəstəkləyicidir. Əgər testlərimizdə, allergik testlərimizdə yüksəlmələr varsa, bu hal allergik öskürək kimi qiymətləndirilə bilər".

NURİYYƏ

Seçilən
64
1
redaktor.az

2Mənbələr