ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Bu il keçirilən 11 illik buraxılış imtahanlarında 11 nəfər 300 bal toplayıb. Bu da onu göstərir ki, sualların çətin olması maksimal bal toplayanların sayına təsir edib. Məsələn, formal olaraq deyək ki, keçən il 250 balla 300 bal arasında toplayanların sayı 1000 nəfər idisə, bu il bu say ciddi şəkildə azalacaq. Bu da ümumilikdə ali təhsil müəssisələrinə qəbul ballarına təsir edəcək".
Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev səsləndirdi.
Həmsöhbətimizin fikrincə, əgər blok imtahanları keçənilki səviyyədə olarsa, buraxılış imtahanlarının nəticəsi istər-istəməz balların aşağı düşməsinə təsir göstərəcək:
"Xüsusilə də beşinci ixtisas qrupunda və kolleclərdə blok imtahanına ehtiyac olmadığına görə ciddi bir şəkildə bal düşüşü hiss olunacaq. Hətta rahatlıqla demək olar ki, İdman Akademiyasının keçid ballarında və dizayn ixtisasının keçid ballarında fərqlilik olacaq. Düzdür, dizayn ixtisası qabiliyyət tələb edir, bal artımı olmaya da bilər. Amma ehtimal edirəm ki, İdman Akademiyasında balların düşməsi müşahidə olunacaq. Blok imtahanları keçənilkindən asan olarsa, bu barədə indidən dəqiq fikir demək olmaz. Biz keçənilki qəbul imtahanlarının səviyyəsini nəzərə alaraq fikir bildiririk".
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.