AZ

"Bayern" son dəfə 1995-ci ildə belə aqibətlə üzləşmişdi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin dünən baş tutan ilk oyununda PSJ-yə 4:5 hesabı ilə uduzan "Bayern Münhen" 1995-ci ildən bəri ilk dəfə avrokuboklarda belə aqibətlə üzləşib.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, komanda 31 ildən sonra qitəmiqyaslı turnirlərdə qapısında 5 qol görüb. 

Almaniya nəhəngi daha öncə 1994/1995 mövsümündə, Çempionlar Liqasının yarımfinal matçında səfərdə "Ayaks"a boyun əymişdi - 2:5.

Tərəflərin Münhendəki cavab qarşılaşması mayın 6-da keçiriləcək.

Nihat

Seçilən
33
1
fanat.az

2Mənbələr