AZ

“Sumqayıt”ın rəqibi qapıçısı ilə vidalaşdı

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar”da ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, qapıçı Emil Roçkov klubu tərk edib. Bu barədə Macarıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı qolkiper klubla müddəti başa çatan müqaviləni uzatmayıb. O, Bosniya və Herseqovinanın “Sarayevo” komandasına keçib.

“Sumqayıt” “Fehervar”la ilk oyunu iyulun 11-də Sumqayıtda keçirəcək. Cavab görüşü bir həftə sonra Macarıstanda olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
futbolpress.az

1Mənbələr