Azərbaycan I Liqa təmsilçisi “Şəfa”nın əsas üzvlərindən birinə ölkəxaricindən təklif gəlib.
İdmanxeber.az-a verilən məlumata görə, futbolçuya Cənubi Koreyadan təklif var. Adını dəqiqləşdirməyə çalışdığımız oyunçu ilə sözügedən ölkənin “Jeonbuk” klubu maraqlanır.
Koreya təmsilçisi futbolçu barəsində geniş məlumat toplayıb.
Xatırladaq ki, “Jeonbuk” Cənubi Koreya çempionatında 10 oyundan sonra 15 xalla 3-cü pillədə qərarlaşıb.