AZ

“İdxalçı ölkə olduğumuzdan qlobal qiymət dəyişiklikləri daxili bazara təsir edir” İqtisadçı

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

«Qiymət artımının qarşısını almaq və sosial həssaslığı qorumaq məqsədilə dövlət müxtəlif iqtisadi alətlərdən istifadə edir. Bu tədbirlərə subsidiyaların məbləğinin artırılması, istehsalçılara və idxalçılara müəyyən vergi və gömrük güzəştlərinin tətbiqi, eləcə də əsas ixracatçı ölkələrlə uzunmüddətli və sabit qiymətli müqavilələrin bağlanması daxildir”.

İqtisadçı-ekspert Günay Hüseynova bunu 525.az-a söyləyib. Ekspert qeyd edib ki, bazarda kəskin qiymət artımı və ya qıtlıq riski yarandıqda dövlət ehtiyatlarının müəyyən hissəsinin satışa çıxarılması ilə bazar tarazlaşdırılır: “Azərbaycanın idxalçı ölkə olması qlobal qiymət dəyişikliklərinin daxili bazara birbaşa təsir etməsinə gətirib çıxarır. İnvestorların gələcək qiymət artımı gözləntiləri ilə daha çox alış etməsi bazarda süni tələbat yaradır və nəticədə qiymətlər real təklif-tələb balansından kənara çıxaraq yüksəlir”.

Sevinc Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
50
525.az

10Mənbələr