2–3 may tarixlərində saat 15:00-da “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçiriləcək.
Ümumi biliklər imtahanının strukturu və sualların sayı aşağıdakı kimidir:
Azərbaycan bloku – 25 sual;
Dünya bloku – 25 sual;
İdarəetmənin əsasları – 25 sual;
Müasir trendlər – 25 sual.
Bu mərhələ onlayn formatda baş tutacaq. İnternet bağlantısı olan iştirakçılar kompüter və ya notbuk vasitəsilə istənilən məkandan imtahana qoşula bilərlər. Qeyd edək ki, imtahana smartfon və planşet vasitəsilə qoşulmaq mümkün deyil.
İmtahanın müddəti 90 dəqiqədir.
Qeyd edək ki, imtahan hər bir iştirakçı üçün yalnız bir dəfə keçiriləcək və hər bir iştirakçı imtahanda yalnız bir dəfə iştirak edə biləcək.
İmtahanla bağlı ətraflı məlumat, həmçinin yeni tətbiq olunan qaydalar (audio sualların təqdim olunması, suallara geri qayıtma imkanının olmaması, eləcə də hər blok üzrə 15 qapalı, 6 seçim və 4 boşluq doldurma tipli sual nümunələrinin təqdim edilməsi) və sual formatları barədə şəxsi kabinetinizə yerləşdirilən təlimatla tanış ola bilərsiniz.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta