“Liverpul”un müdafiəçisi İbrahima Konate gələcək karyerası ilə bağlı hələ qərar verməyib.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu yayda gələn təklifləri dəyərləndirəcək. Onun müqaviləsi 2026-cı ilin yayına qədərdir.
“Real”, “Əl-Hilal” və “Mançester Siti” Konate ilə maraqlanır. Fransalı müdafiəçinin daha çox “Real Madrid”ə keçməyə müsbət yanaşdığı bildirilir.