AZ

Qarabağ iqtisadi rayonuna 526 milyon manata yaxın kredit yönəldilib

"Qarabağ iqtisadi rayonuna təxminən 526 milyon manat həcmində kredit yönəldilib və bu vəsaitlər emaldan tutmuş turizmə qədər müxtəlif sahələri əhatə edir".Metbuat.az Kredit.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, Dövlət Statistika Komitəsinin 2026-cı il 1 yanvar tarixinə olan məlumatına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 mindən çox mikro, kiçik, orta və iri sahibkarlıq subyekti fəaliyyət göstərir. Bu isə 2024-cü illə müqayisədə 6 faiz artım deməkdir. Onun sözlərinə görə, yaxın illərdə azad edilmiş ərazilər ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən bölgələrindən birinə çevriləcək. O, dövlət və özəl sektor arasında tərəfdaşlığın daha da gücləndiyini vurğulayıb və ASK-nın sahibkarların maraqlarının müdafiəsi, məlumatlandırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

M. Musayev əlavə edib ki, “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”un və onun altqruplarının fəaliyyəti yüksək qiymətləndirilir.

Seçilən
83
metbuat.az

1Mənbələr