AZ

AQTA onlara müraciət etdi

Qida Təhlükəsizliyi Agentliyi mövsümi yağıntıların intensivləşməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalçılarına müraciət edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, bağ və əkin sahələrində rütubət səviyyəsinin yüksəlməsi monilioz, unlu şeh, pas və bu kimi göbələk mənşəli xəstəliklərin yaranması, habelə sürətlə yayılması riskini artırır. Bu hallar məhsuldarlığa və məhsulun keyfiyyətinə ciddi mənfi təsir göstərə bilər.

Bu baxımdan bir sıra profilaktik və bitki mühafizə tədbirlərinin həyata keçirilməsi zəruridir:

- xəstəlik əlamətlərini vaxtında aşkarlamaq üçün bağ sahələrində mütəmadi müşahidələr aparılmalı;

- bitkilərin havalanmasını (aerasiyasını) təmin etmək məqsədilə aqrotexniki qulluq tədbirləri həyata keçirilməli;

- suvarma rejimi optimallaşdırılmalı və artıq nəmlənmənin qarşısı alınmalı;

-  tətbiq reqlamenti və təhlükəsizlik qaydaları gözlənilməklə, göbələk xəstəliklərinə qarşı müvafiq fungisidlərdən istifadə edilməli;

-  xəstəliyə yoluxmuş bitki hissələri vaxtında sahədən uzaqlaşdırılaraq məhv edilməlidir.

Qeyd olunan tədbirlərin vaxtında və düzgün icra edilməsi bağlarda xəstəliklərin yayılmasının və məhsul itkisinin qarşısını alacaqdır.

Seçilən
102
cebheinfo.az

1Mənbələr