AZ

“Özüm qaçmasam da, çox yoruldum” – Luis Enrike

PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya”ya qarşı keçirilən ilk oyunu karyerasının ən yaxşı matçı adlandırıb.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə baş tutan qarşılaşmada Paris təmsilçisi “Bavariya”nı 5:4 hesabı ilə məğlub edib. Görüşün ardından danışan ispan mütəxəssis oyunun son dərəcə gərgin keçdiyini bildirib.

“Bu, çox gərgin matç idi. Şübhəsiz ki, məşqçi kimi iştirak etdiyim ən yaxşı oyundur. Özüm qaçmasam da, çox yoruldum. Futbolçuların vəziyyətini isə təsəvvür belə edə bilmirəm”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması mayın 6-da Münhen şəhərində keçiriləcək.

Seçilən
19
idmanxeber.az

1Mənbələr