“Barselona”nın yarımmüdafiəçisi Pedri fiziki durumu ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, zədələrdən mümkün qədər yayınmaq üçün fiziki hazırlıq istiqamətində düzgün yol tapıb:
“Mənə çatışmayan fiziki hazırlıq üzərində işləyərək zədələrdən mümkün qədər uzaq durmaq üçün açarı tapdıq. Lazım olan sabitliyə nail ola bildim. Zal məşqlərindən aldığım nəticələr möhtəşəmdir”.
Qeyd edək ki, 23 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 39 oyunda meydana çıxıb, 2 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, “Barselona” 2 may tarixində İspaniya La Liqasının 34-cü turu çərçivəsində səfərdə “Osasuna” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.