AZ

Fenlə havanın temperaturunu dəyişdirdi, 34 min dollar qazandı

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Fenlə havanın temperaturunu dəyişdirən adam 34 min dollar qazanıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Fransanın paytaxtı Parisdə baş verib.

Belə ki, bir nəfər dünyanın ən məşhur onlayn proqnoz bazarı olan “Polimarket”də oynadığı bir mərcdə  ağlasığmaz yola əl atıb.

15 aprel günü üçün havanın temperaturunun Parisdə 18 dərəcə olacağı proqnozlaşdırılsa da, adı açıqlanmayan şəxs temperaturun həmin gün 22 dərəcə olacağına mərc edib. 

O daha sonra Şarl de Qoll ayraportu yaxınlarında hava məlumatının ölçüldüyü yeganə sensorun olduğu əraziyə gedib. Özü ilə fen aparan şəxs sensora isti hava vuraraq temperaturun 22 dərəcə ölçülməsinə səbəb olub və bu üsulla 34 min dollar qazanıb.

Hadisənin üzə çıxmasından sonra fransız rəsmilər cinayət işi açıb.

Eyni adamın 5 apreldə də oxşar üsulla bazarda manipulyativ davranışlara yol verdiyi təsbit edilib. 

Billurə

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
52
2
olke.az

3Mənbələr