AZ

Orxan Məmmədov: KOB lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi 21 milyard manata çatıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

KOB-lar tərəfindən yaradılmış əlavə dəyərin həcmi 2 dəfədən çox artaraq təqribən 10 milyard manatdan 21 milyard manata çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə deyib.

O bildirib ki, agentliyin faktiki fəaliyyətə başladığı 2018-ci ildən ötən müddət ərzində KOB subyektlərinin sayı 74 faizədək artaraq 424 mini ötüb. Bu dövrdə KOB sektorunun məşğulluq göstəricisi də 47 faiz yüksəlib.

“Sahəvi görüşlər, regional müzakirələr, sorğular, bizneslərə birbaşa səfərlər vasitəsilə sıx ünsiyyət əsasında əldə edilmiş məlumat və ehtiyaclar sonradan sırf KOB subyektləri üçün ünvanlı dəstək mexanizmlərinin hazırlanmasına imkan verib. Ümumilikdə 70 minədək KOB subyekti və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər bu dəstəklərdən faydalanıb. İndiyə qədər KOB evlərində 1,5 milyondan artıq xidmət göstərilib. KOB evinin rəqəmsal modeli olan e-KOB evi portalından da artıq istifadə etmək mümkündür”, - deyə Orxan Məmmədov qeyd edib.

Fotoqraf – Səfiyar Məcnun

Videooperator - Namiq Abdullayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
azertag.az

1Mənbələr