AZ

9 mart imtahanı: apellyasiya nəticələri nə vaxt açıqlanacaq? - DİM

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Nəticələrindən narazı qalan şagirdlər apellyasiyaya müraciət ediblər.

Şagirdlər arasında apellyasiya nəticələrinin nə vaxt elan olunacağı ilə bağlı sual yaranıb.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Bildirilib ki, Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır; Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir; Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Qeyd edək ki, apelyasiyaya müraciət edənlərin sayı 3509 nəfər olub.

Seçilən
62
azedu.az

1Mənbələr