
Şimali Atlantika Alyansına (NATO) qoşulmaq Finlandiyaya yalnız problemlər və risklər gətirib.
Missiya.Az xəbər verir ki, Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema RİA Novosti agentliyinə verdiyi müsahibədə alyansa qoşulmağın nəticələrini qiymətləndirib.
"NATO Finlandiyada genişlənməməli idi; bu, yalnız iqtisadi problemlər və ölkənin təhlükəsizliyinə risklər gətirirdi", - deyə siyasətçi vurğulayıb.
Memaya görə, Şimali Atlantika Alyansına qoşulmağın mənfi nəticələri açıq və aydındır. O, nümunə olaraq ölkənin rekord işsizlik səviyyəsini göstərib.Qeyd edək ki, daha əvvəl Mema NATO-nun Rusiyanı təhdid edən aqressiv bir ittifaq olduğunu bildirmişdi.
İlahə Qənbərli
Missiya.Az