Türkiyənin pop musiqisinin güclü səslərindən biri olan Melike Şahin ilk dəfə ana olacağını açıqlayıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 37 yaşlı sənətçi bu xoş xəbəri konserti zamanı pərəstişkarları ilə bölüşüb. 2023-cü ildən Sedat Arpalık ilə xoşbəxt evlilik həyatı yaşayan ifaçı sosial mediada paylaşdığı fotolarla da diqqət çəkib. Şəkillərdə onun artıq nəzərə çarpan hamiləlik görüntüsü izləyicilər tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb.
Sənət aləmindən bir çox tanınmış simalar Melike Şahini təbrik edərək ona xoş arzularını çatdırıblar. Müğənninin ana olmağa hazırlaşması həm pərəstişkarları, həm də musiqi ictimaiyyəti tərəfindən sevinclə qarşılanıb.

