AZ

Kürdəmirdə ev yanıb, bir nəfər ölüb

Sia Az saytına istinadən ain.az xəbər verir.

Kürdəmir rayonunda evdə baş verən yanğın nəticəsində bir nəfər ölüb.

SİA xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Yanğın ümumi sahəsi 150 kv metr olan birmərtəbəli evdə baş verib. Nəticədə ev sahibi Fikrət Eminov yanaraq həyatını itirib.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Eyni zamanda, əraziyə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
12
sia.az

6Mənbələr