AZ

Narkoman “Changan” sürücüsü HƏBS EDİLDİ FOTO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

25 aprel 2026-cı il tarixində yol hərəkəti qaydalarını pozduğu üçün “Changan” markalı, 77 QR 325 dövlət qeydiyyat nişanlı avtomobil Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanışı zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edilib. Yoxlama zamanı onun qeyri-adekvat davranışları polis əməkdaşlarında şübhə doğurduğundan, sürücü tibbi müayinəyə cəlb olunub. Müayinə nəticəsində Zaur Hüseynovun narkotik vasitənin təsiri altında olduğu aşkarlanıb.

Faktla bağlı müvafiq sənədləşmə aparılaraq materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Zaur Hüseynov inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşların diqqətinə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış halda, həmçinin narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görülməkdə davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
avtosfer.az

1Mənbələr