PSJ UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda öz meydanında “Bayern”i 5:4 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, bu qələbə Paris klubu üçün yubiley xarakteri daşıyıb. PSJ turnirin əsas mərhələsində (seçmə mərhələlər nəzərə alınmadan) 100-cü qələbəsini qazanıb.
Bununla da Paris təmsilçisi bu göstəriciyə çatan ilk Fransa klubu olub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 6-da keçiriləcək.