28 apreldə Belqrad şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Serbiyanın Xarici İşlər Nazirliyi arasında sayca üçüncü konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Serbiya nümayəndə heyətinə isə Serbiya xarici işlər nazirinin konsulluq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Nataşa Raşeviç rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Serbiya Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunan mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin qarşılıqlı tətbiqi imkanları nəzərdən keçirilib.