AZ

Azərbaycan və Serbiya arasında konsulluq sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Bakı. Trend:

Belqrad şəhərində Azərbaycan Respublikasının Xarici İşlərNazirliyi ilə Serbiya Respublikasının Xarici İşlər Nazirliyiarasında sayca üçüncü konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən (XİN) məlumatverilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinəXarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov,Serbiya nümayəndə heyətinə isə Serbiya xarici işlər nazirininkonsulluq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən NataşaRaşeviç rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Serbiya Respublikası iləkonsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişafperspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərinimzalanması imkanları nəzərdən keçirilib.

Bununla yanaşı, konsulluq sahəsində həyata keçirilmiş sonyeniliklər, o cümlədən konsulluq xidmətlərinin rəqəmsallaşdırılmasıistiqamətində hər iki ölkənin mövcud təcrübəsi və tətbiq olunanmexanizmlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədəəməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin qarşılıqlıtətbiqi imkanları nəzərdən keçirilib.

Habelə, iki ölkə arasında miqrasiya, ədliyyə, təhsil, əmək vəsosial müdafiə sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyivurğulanıb.

Görüşdə böhran vəziyyətlərində vətəndaşların konsulluqmüdafiəsinin effektiv təmin edilməsi və əmək miqrasiyasınıntənzimlənməsi ilə bağlı da fikir və təcrübə mübadiləsiaparılıb.

Azərbaycan
Azərbaycan
Seçilən
37
12
az.trend.az

10Mənbələr