AZ

ABŞ ağır döyüş PUA-larından kiçik zərbə dronlarına keçid edir

Ukrayna müharibəsi və İrana qarşı əməliyyatlar fonunda Vaşinqton dron strategiyasını yeniləyir...

ABŞ Ukraynadakı müharibə və İrana qarşı hərbi əməliyyatlar fonunda ağır döyüş PUA-larından mərhələli şəkildə imtina edərək, daha kiçik zərbə dronlarına üstünlük verməyə hazırlaşır.

Poliqon xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Məlumata görə, bu dəyişiklik müasir döyüş meydanında kiçik, çevik və daha ucuz dronların rolunun artması ilə bağlıdır. Belə sistemlər həm kəşfiyyat, həm hədəflərin izlənilməsi, həm də dəqiq zərbələrin endirilməsi üçün daha praktik vasitə kimi qiymətləndirilir.

Hazırda ABŞ-nin bir neçə hərbi bazasında, o cümlədən Yaxın Şərqdə şəxsi heyətə kiçik dronların idarə olunması üzrə təlimlər keçirilir. Bu hazırlıq ABŞ ordusunun yeni taktiki reallıqlara uyğunlaşmaq və döyüş bölmələrinin sahədə daha çevik fəaliyyətini təmin etmək məqsədi daşıyır.

Ekspertlər hesab edirlər ki, kiçik zərbə dronlarına keçid ABŞ ordusunun həm xərcləri azaltmaq, həm də müxtəlif cəbhələrdə daha çevik və sürətli reaksiya imkanlarını artırmaq niyyəti ilə bağlıdır.

Poliqon.info

Seçilən
70
poliqon.info

1Mənbələr