AZ

Liderlərin görüşündə maraqlı hədiyyələr: Zərgərlik məmulatından bala qədər...

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Böyük Britaniya Kralı və Kraliçası ilə ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp bir-birilərinə hədiyyələr veriblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "BBC News" yazıb.

Kral Trampa 1879-cu il "Resolute" yazı masasının eyni çertyojunu təqdim edib.

Əvəzində Tramp Krala ABŞ-nin Böyük Britaniyadakı ilk səfiri Con Adamsın 1785-ci ildə ovaxtkı xarici işlər naziri Con Ceyə yazdığı məktubun surətini verib. Həmin məktubda Adams Müqəddəs Ceyms Sarayında Kral III Corc tərəfindən səmimi qarşılanmanı təsvir edir.

Kraliça Kamilla birinci xanım Melaniya Trampa ənənəvi sənətkarlığı kompüter dizaynı ilə birləşdirən britaniyalı zərgərlik dizayneri "Fiona Rey" broşunu hədiyyə edib.

Əvəzində birinci xanım Kraliçaya Amerika zərgərlik ustası "Tiffany" tərəfindən hazırlanmış altı Kral Sterlinq gümüş çay qaşığı və Ağ Evdə yeni quraşdırılmış arı pətəyindən bir banka bal hədiyyə edib.

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
1
cebheinfo.az

2Mənbələr