AZ

Dünya Bankından proqnoz: Enerji daşıyıcıları 24 faiz bahalaşacaq

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Dünya Bankı 2026-cı ildə qlobal enerji daşıyıcılarının qiymətinin orta hesabla 24% artacağını proqnozlaşdırır.

Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, buna səbəb Yaxın Şərqdə enerji infrastrukturuna edilən hücumlar və Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması nəticəsində yaranmış ciddi neft böhranıdır.

Ekspertlərin hesablamalarına görə, 2026-cı ildə "Brent" markalı neftin orta qiyməti 86 dollar/barel təşkil edəcək (2025-ci ildə bu göstərici 69 dollar/barel olub). Bu proqnoz Hörmüz boğazında vəziyyətin may ayından etibarən yaxşılaşacağını və neft tədarükünün 2026-cı ilin sonuna qədər müharibədən əvvəlki səviyyəyə qayıdacağını nəzərdə tutur.

Məlumata görə, alüminium, mis və qalay daxil olmaqla əlvan metalların qiyməti də rekord səviyyələrə çata bilər. Qiymətli metalların isə 2026-cı ildə orta hesabla 42% bahalaşacağı gözlənilir.

Dünya Bankının yeni baza proqnozuna əsasən, inkişaf etməkdə olan ölkələrdə 2026-cı ildə inflyasiya orta hesabla 5.1% təşkil edəcək (yanvar proqnozu ilə müqayisədə bir faiz bəndi yüksək). 2025-ci ildə bu göstərici 4.7% idi. Həmin ölkələr üçün iqtisadi artım proqnozu isə 0.4 faiz bəndi azaldılaraq 3.6%-ə endirilib.

Qeyd olunur ki, Yaxın Şərqdə münaqişənin genişlənməsi və ya enerji tədarükünün bərpasının gecikməsi xammal qiymətlərini daha da artıra bilər. Belə bir ssenaridə 2026-cı ildə "Brent" markalı neftin orta qiymətinin 115 dollar/barelə çatması istisna edilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
1
moderator.az

2Mənbələr