AZ

Pakistandan İrana BÖYÜK DƏSTƏK: Tehranı blokadadan XİLAS EDİR

Pakistan İran üçün Hörmüz boğazından yan keçməklə yüklərin tranzitini təmin edəcək 6 quru dəhlizi ayırıb.

Musavat.com xəbər verir ki, bu barədə Pakistanın Ticarət Nazirliyi məlumat yayıb.

"Dawn" qəzetinin verdiyi məlumata görə, artıq Karaçi limanında İrana çatdırılmaq üçün yığılıb qalmış 3 mindən çox konteynerin daşınmasına başlanılıb.

Pakistan rəhbərliyi İran sərhədindən cəmi 70 km məsafədə, Ərəbistan dənizi sahilində yerləşən Qvadar limanından İran yüklərinin aşırılması üçün əsas tranzit və logistika mərkəzi kimi istifadə etmək niyyətindədir.

Bu addım iki ölkə arasındakı iqtisadi əlaqələrin gücləndirilməsi və regionda logistik asılılığın azaldılması istiqamətində mühüm mərhələ hesab olunur.

Musavat.com

Seçilən
74
musavat.com

1Mənbələr