AZ

“Sabah”ın “qızıl dubl”u onlara şans yaradacaq

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Neftçi” Misli Premyer Liqasında 28 oyundan sonra 44 xalla turnir cədvəlində beşinci sıradadır. “Ağ-qaralar” sabah təxirə salınmış “Qarabağ”la matçda qələbə qazanacağı halda, dördüncü pilləyə yüksələcək.

“Neftçi” mövsümün sonuna kimi bu pillədə qalsa və kubokda “Sabah” çempion olacağı halda, Konfrans Liqasına vəsiqə qazanacaq.

“Bayquşlar”ın çempionluğu turnir cədvəlinin ikincisi “Qarabağ”ın da xeyrinədir. Belə ki, “futuristlər” “qızıl dubl” etsə, “atlılar” Avropa Liqasına yollanacaq. Ki, bu da son Qurban Qurbanovun yetirmələri üçün Konfrans Liqasına nəzərən daha prestijli sayılır.

“Zirə”nin isə avrokubok şansı öz əlindədir. Rəşad Sadıqovun yetirmələri kuboku qazanmaqla AL-ə “bilet”ini alacaq.

“Sabah” XXX turda “Şamaxı”ya qalib gəlsə, çempionluğunu elan edəcək. Sabah “Qarabağ”ın “Neftçi”yə məğlubiyyəti də “bayquşlar”ın qızıl medalları üçün kifayət edir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
72
futbolpress.az

1Mənbələr