AZ

Trampın "yox" cavabından sonra Tehran HƏRƏKƏTƏ KEÇDİ

İran və ABŞ arasında vasitəçilik edən Pakistanın yüksək rütbəli rəsmiləri yaxın günlərdə Tehrandan böhranın nizamlanmasına dair yeni təkliflər variantı alacaqlarına ümid edirlər.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, İslam Respublikasının rəhbərliyi son həftələr ərzində Birləşmiş Ştatlarla yaranmış gərginliyin aradan qaldırılması üzərində intensiv iş aparır.

Məlumata görə, rəsmi Tehran bir neçə gün əvvəl vasitəçilər vasitəsilə əsas problemlərin mərhələli şəkildə həllini nəzərdə tutan plan təqdim edib. Həmin planda ilkin olaraq atəşkəs rejimi və Hörmüz boğazının blokadasının qaldırılması məsələlərinin müzakirəsi, daha sonra isə İranın nüvə proqramı probleminin həlli təklif olunurdu.

Lakin ABŞ prezidenti Donald Tramp bu təklifə sərt reaksiya verərək, mövcud variantın onu qane etmədiyini bildirib. O qeyd edib ki, yalnız Birləşmiş Ştatların maraqlarını və narahatlıqlarını nəzərə alan daha genişmiqyaslı bir plan gözləyir.

CNN-in məqaləsində vurğulanır ki, Pakistandakı vasitəçilər yaxın bir neçə gün ərzində İrandan müharibənin dayandırılmasına dair yenidən işlənmiş təklif gözləyirlər. Bildirilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi yeni təklifin detallarını ölkə rəhbərliyi ilə müzakirə etdikdən sonra sənədi ABŞ-yə göndərilmək üçün Pakistan tərəfinə təqdim edəcək.

Musavat.com

Seçilən
76
musavat.com

1Mənbələr