AZ

Məşhur müğənninin səhhətində CİDDİ PROBLEM: Larisa Dolina xəstəxanaya YERLƏŞDİRİLİDİ

Larisa Dolina onurğasındakı şiddətli ağrılara görə xəstəxanaya yerləşdirilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Xalq artisti Larisa Dolina onurğasında yaranan şiddətli ağrı şikayəti ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, həkimlərin evdə apardığı ilkin müayinədən sonra müğənnidə xondroz diaqnozu təsdiqlənib.

Həkimlər sənətçidə qığırdaq toxuması ilə bağlı problemlərin olduğundan şübhələnirlər.

Tibb işçilərinin sözlərinə görə, bu xəstəlik vaxtında müalicə olunmazsa, onurğa funksiyalarının ciddi şəkildə pozulması ilə nəticələnə bilər.

Məlumata görə, çərşənbə axşamı axşam saatlarında sənətçinin kürəyində qəfil və kəskin ağrılar başlayıb.

O, yerindən tərpənə bilmədiyi üçün dərhal evinə təcili tibbi yardım briqadası çağırıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr