AZ

Rusiya “kölgə donanması” Britaniya sularından keçməyə davam edir

Sanksiyalara baxmayaraq onlarla gəmi hərəkətini davam etdirir, Londonun reaksiyası suallar doğurur...

Rusiya “kölgə donanmasına” aid onlarla gəmi Britaniya sularından maneəsiz keçməkdə davam edir.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Bildirilir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin 25 mart tarixində səsləndirdiyi hədələrdən sonra bir ay ərzində ən azı 98 Rusiya gəmisı Britaniya sularından keçib.

Məlumata görə, bu göstərici əvvəlki üç ayın hər biri ilə demək olar ki, eynidir və bu da tətbiq olunan tədbirlərin effektivliyini sual altına qoyur.

Atlantik Şurasının dəniz təhlükəsizliyi üzrə eksperti Elizabet Brau bildirib ki, belə bəyanatlar real yoxlamalarla müşayiət olunmalıdır. Onun sözlərinə görə, əks halda gəmilər bu xəbərdarlıqları ciddi qəbul etməyəcək.

Qeyd olunur ki, Fransa, Belçika və İsveç kimi Avropa ölkələri son aylarda Rusiya “kölgə donanmasına” aid gəmiləri yoxlayıb və bəzi hallarda saxlayıblar.

Analitiklər hesab edirlər ki, Böyük Britaniyanın passiv mövqeyi bir neçə amillə bağlıdır. Bunlara xüsusi sahil mühafizə strukturunun olmaması, hüquqi və iqtisadi çətinliklər, eləcə də çox sayda gəminin idarə olunmasının mürəkkəbliyi daxildir.

Məlumata görə, bir zamanlar güclü dəniz dövləti hesab olunan Böyük Britaniyanın hazırda hərbi-dəniz qüvvələri XVII əsrdən bəri ən zəif səviyyədədir. Eyni zamanda, ölkə müttəfiqlərinin Şərqi Avropa, Arktika və Yaxın Şərqdəki əməliyyatlarına dəstək vermək çağırışları ilə üzləşir.

Poliqon.info

Seçilən
87
poliqon.info

1Mənbələr