AZ

ABŞ İranın bank sistemi ilə bağlı xəbərdarlıq edib

Skott Bessent maliyyə institutlarını Tehranla əlaqəli şəbəkələrə görə ciddi nəticələrlə üzləşə biləcəkləri barədə xəbərdar edib...

ABŞ-nin maliyyə naziri Skott Bessent İranın kölgə bank sisteminin ölkənin hərbi fəaliyyətində mühüm rol oynadığını bildirib.

Poliqon xəbər verir ki, bu barədə ABŞ rəsmisi açıqlamasında danışıb. Onun sözlərinə görə, İranın kölgə bank sistemi silahlı qüvvələr üçün kritik maliyyə kanalı kimi çıxış edir və Tehrana qlobal ticarəti pozan, Yaxın Şərqdə zorakılığı artıran fəaliyyətləri davam etdirməyə imkan verir.

Bessent bildirib ki, bu şəbəkədən keçən qanunsuz vəsaitlər İran rejiminin davam edən terror əməliyyatlarını dəstəkləyir. Onun sözlərinə görə, bu fəaliyyət ABŞ personalı, regional müttəfiqlər və qlobal iqtisadiyyat üçün birbaşa təhlükə yaradır.

ABŞ rəsmisi maliyyə institutlarına da xəbərdarlıq edib. O qeyd edib ki, bu şəbəkələrə yardım edən və ya onlarla əlaqəyə girən istənilən qurum ciddi nəticələrlə üzləşə bilər.

Poliqon.info

Seçilən
75
poliqon.info

1Mənbələr