NATOda ABŞ və Avropanı müdafiə təchizatı zəncirlərini daha sürətlə şaxələndirməyə çağırılıblar...
NATO ölkələrindən birinin yüksək vəzifəli rəsmiləri müdafiə sənayesinin Çin nadir torpaq metallarından asılılığı ilə bağlı xəbərdarlıq ediblər.
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Bildirilir ki, ABŞ və Avropa hərbi təchizat zəncirlərini şaxələndirmək üçün yeni layihələri daha sürətlə həyata keçirməlidir.
Məlumata görə, Çin hazırda dünyada nadir torpaq elementlərinin 80 faizindən çoxunu emal edir. Bu materiallar dron mühərrikləri, qırıcı təyyarələr, raketlər və radar sistemləri kimi mühüm hərbi texnologiyalarda istifadə olunur.
Rəsmilərin sözlərinə görə, alternativ tədarük mənbələri yaradılmasa, Pekin bu sahədə “strateji üstünlüyünü” qoruyacaq və əsas materiallara çıxışı məhdudlaşdırmaq imkanına malik olacaq.
Ekspertlər hesab edirlər ki, kritik minerallar üzrə asılılığın azalması NATO ölkələrinin müdafiə dayanıqlığı və sənaye təhlükəsizliyi baxımından əsas prioritetlərdən birinə çevrilir.
Poliqon.info