AZ

Trampdan müharibəyə görə izahat TƏLƏB EDƏCƏKLƏR

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Senatında təmsil olunan respublikaçılar Ağ Evin İran müharibəsinə görə Konqres qarşısında izahat verəcəyini gözləyir.

“Cebheinfo.az” bu barədə CNN-ə istinadən yazır. 

Senatın Komitə sədri senator Süzan Kollinz bildirib ki, bu həftənin sonunda başa çatması gözlənilən “Müharibə Səlahiyyətləri Qanunu”nda müəyyən edilmiş 60 günlük müddətdən sonra ABŞ Prezidenti Donald Tramp Konqresin təsdiqini almalıdır:

“Əks halda Konqres bunu bloklaya bilər. Konqres tədbir görməlidir".

Öz növbəsində, Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü senator Mayk Raunds bildirib ki, Donald Trampın Konqresin səlahiyyətinin əlavə 30 gün uzadılmasını tələb etməməsi onu təəccübləndirəcək:

“ABŞ Prezidenti təhlükəsiz şəkildə geri çəkilməyə ehtiyac olduğunu əsaslandıra bilsə, bunu qanuni olaraq edə bilər. Bu müddət ərzində ona suallar verəcəyik".

Raunds əlavə edib ki, senatorların bu həftənin sonlarında qapalı dinləmələr zamanı müdafiə naziri Pit Heqsetdən bu barədə soruşacaqlarını gözləyir:

"Biz, şübhəsiz ki, cavab istəyirik".

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
cebheinfo.az

2Mənbələr