AZ

Tramp Almaniya kanslerini sərt tənqidETDİ

ABŞ Prezidenti Donald Tramp  Almaniya kansleri Fridrix Mertsin İranın nüvə proqramına dair yanaşmasını şərh edərək onu kəskin tənqid edib.

Redaktor.az xəbər verir ki, bu barədə  Donald Tramp özünün "Truth Social" sosial şəbəkə hesabında

"Almaniya kansleri Fridrix Merts hesab edir ki, İranın nüvə silahına sahib olması normaldır. O, nə danışdığını anlamır! Əgər İranın nüvə silahı olsaydı, bütün dünya girov vəziyyətinə düşərdi", - deyə Amerika lideri bəyan edib.

Tramp həmçinin vurğulayıb ki, onun administrasiyası İranla bağlı digər ölkələrin və ya prezidentlərin çoxdan etməli olduğu addımları atır. O, fikirlərinə belə əlavə edib: "Almaniyanın işlərinin həm iqtisadiyyatda, həm də digər sahələrdə niyə bu qədər pis getməsi təəccüblü deyil!"

Xədicə BAXIŞLI

Seçilən
91
20
redaktor.az

10Mənbələr