AZ

Yuxu çatışmazlığı qərarvermə qabiliyyətinə necə təsir edir?

Mütəxəssislərin fikrincə, keyfiyyətli yuxu yalnız fiziki bərpa üçün deyil, həm də koqnitiv funksiyaların düzgün işləməsi üçün həyati əhəmiyyət kəsb edir.

Redaktor.az  xəbər verir ki, ABŞ-nin Minnesota Universitetinin alimləri yuxusuzluğun beyin fəaliyyətinə təsiri ilə bağlı araşdırma aparıblar. Tədqiqat nəticəsində məlum olub ki, gündə 6 saatdan az yatan insanlarda riskli qərarlar vermə ehtimalı 40% artır.

Həkim-nevroloq Riçard Şeyn bildirib ki, yuxusuzluq zamanı beynin prefrontal korteksi (məntiqi düşüncəyə cavabdeh olan hissə) zəifləyir, emosional mərkəz olan amigdala isə daha aktiv olur. Bu da insanların daha aqressiv və səbirsiz davranmasına səbəb olur.

Mütəxəssis əlavə edib ki, yaşlı nəslin nümayəndələri yuxu rejiminə xüsusilə diqqət yetirməlidirlər. Gündəlik 7-8 saatlıq yuxu rejimi yaddaş pozğunluğu riskini əhəmiyyətli dərəcədə azaldır.

Xədicə BAXIŞLI

Seçilən
88
1
redaktor.az

2Mənbələr