AZ

Mollalar hələ də ayaqdadır, Amerika isə... - ŞOK DETALLAR

"Dünya siyasətində baş verən son proseslər, xüsusilə ABŞ-ın daxili siyasi vəziyyəti və regional münaqişələrin gələcəyi beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib. Neft qiymətlərinin artması və yaxınlaşan seçkilər Ağ Evin gələcək kursunu müəyyən edən əsas faktorlar kimi çıxış edir."

Musavat.com xəbər verir ki, bu sözləri TV Musavat-ın canlı efirində yayımlanan "Canlı Debat" verilişində professor Ramiz Yunus deyib.

Professor Ramiz Yunus vurğulayıb ki, Donald Trampın ən zəif yeri noyabrın 3-də keçiriləcək Konqres seçkiləridir: "Bu seçkini uduzsa — və bugün seçki olsa, uduza bilər. Trampın problemi daxili siyasətdədir. O, benzinin qiymətinin 3 dollardan aşağı olacağına söz vermişdi, amma hazırda Vaşinqtonda 4 dollardan çoxdur. Bu isə camaatın xoşuna gəlmir və onun üçün birinci dərəcəli problemdir".

Trampın xarici siyasətini dəyərləndirən ekspert bildirib ki, ABŞ-ın xaricdəki əsas rəqibi Çindir. Onun sözlərinə görə, İran və Venesuela məsələlərində istənilən nəticənin alınmaması Trampın manevr imkanlarını məhdudlaşdırıb: "Tramp istədi ki, gəlsin desin 'mən burda söz sahibiyəm', amma hələ ki söz sahibliyi eləyə bilmir. Hörmüz körfəzini bağlamaq güclü hərəkətdir, amma zaman Trampın əleyhinə işləyir. İran zamanı gözləyə bilər, lakin Trampın başının üstündə 3 noyabr seçkiləri dayanıb".

Regional münaqişələrə toxunan professor qeyd edib ki, hazırkı vəziyyətdə nə Amerika, nə İsrail, nə də İran qalib tərəfdir: "Hamı deyir udub, amma əslində uduzan hamıdır. Nüvə silahı, raket proqramı həll olunmayıb, SEPAH və molla rejimi ayaqdadır. Müharibənin tam bitməsi üçün gərək uduzan tərəf olsun. Necə ki, İkinci Qarabağ savaşında Ermənistan uduzdu və biz sülh müqaviləsinə gedirik. İndi isə uduzan tərəf yoxdur, nə yuxarıda, nə aşağıda. Ona görə də bu münaqişələr gec-tez yenidən partlayacaq".

 

Msuavat.com

Seçilən
58
musavat.com

1Mənbələr