AZ

İnternet məhdudiyyətləri narahatlığı azalda BİLƏR

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

İnternetə çıxışın məhdudlaşdırılması narahatlıqla mübarizədə faydalı ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə yuxu üzrə mütəxəssis, somnoloq Pavel Kudinov açıqlama verib.

Onun sözlərinə görə, son dövrlərdə vətəndaşlar arasında yuxusuzluq şikayətləri artsa da, bunu birbaşa internet bloklamaları ilə əlaqələndirmək çətindir.

“Əksinə, xəbərlərə çıxış məhdudlaşdıqda narahatlıq azala bilər. Ümumilikdə hazırkı vəziyyət emosional sakitlik üçün əlverişli deyil. Üstəlik, yaz aylarında bu kimi problemlər daha da kəskinləşir”, — deyə həkim bildirib.

Kudinov əlavə edib ki, narahatlığa meyilli insanlar yatmazdan əvvəl xəbər oxumaqdan çəkinməlidir, çünki bu, yuxuya getməyə mane olur. O, “informasiya gigiyenası”na riayət etməyi və yatmazdan ən azı iki saat əvvəl elektron cihazlardan uzaq durmağı tövsiyə edib.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
1
redaktor.az

2Mənbələr