AZ

Kim nə qədər su içməlidir?

Ümumi praktik həkim Conatan Vebsterin sözlərinə görə, insan orqanizminin suya olan gündəlik tələbatı yaşdan asılı olaraq dəyişir.

Redaktor.az bu haqda xarici mediaya istinadla məlumat verir.

Mütəxəssis bildirib ki, 4–8 yaş arası uşaqlar üçün gündəlik maye norması təxminən 1,2 litr təşkil edir. Yeniyetmələrdə isə bu göstərici daha yüksəkdir: oğlanlara gündə 1,6–1,9 litr, qızlara isə təxminən 1,5 litr su tövsiyə olunur.

Həkimin sözlərinə görə, 60 yaşdan aşağı yetkin kişilər üçün gündəlik norma təxminən 2 litr, qadınlar üçün isə 1,6 litrdir.

Vebster əlavə edib ki, yaş artdıqca orqanizmin suya ehtiyacı azalmır, lakin susuzluq hissi zəifləyir. Bu səbəbdən 60 yaşdan yuxarı insanların su balansını şüurlu şəkildə qoruması vacibdir. Onlara gündə orta hesabla 1,6–2 litr maye qəbul etmək tövsiyə olunur.

Aytəkin TOFİQQIZI

Seçilən
47
1
redaktor.az

2Mənbələr