AZ

Ədliyyə Akademiyasının prorektoru MSK-nın üzvü oldu - Dosye

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının yenitərkibi formalaşıb.

Trend xəbərverir ki, yeni seçilən üzvlərdən biri də Xələfov Elçin Abuzəroğludur.

O, Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayandeputatların (bitərəflərin) namizədi kimi çıxış edib.

Elçin Xələfovun dosyesini təqdim edirik:

Elçin Xələfov 1972-ci ildə Bakı şəhərində ziyalı ailəsindəanadan olub.

1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinifərqlənmə diplomu ilə bitirdikdən sonra kommersiya bankındahüquqşünas, aparıcı hüquqşünas işləyib.

1994-1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə vəHüquq İnstitutunun əyani aspiranturasında təhsil alıb və“Azərbaycan Respublikasında bank fəaliyyətinin dövlət tərəfindəntənzimlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.Fəlsəfə doktoru, dosentdir.

1997-2012-ci illərdə Bakı Dövlət Universitetinin Mülki proses,əmək və ekologiya hüququ, Mülki hüquq kafedralarında müəllim, başmüəllim, dosent vəzifələrində işləyib. 2012-ci ildən BDU-nun Mülkiproses və kommersiya hüququ kafedrasında çalışır.

2003-2004-cü illərdə Ədliyyə Nazirliyi yanında Hüquq-TədrisMərkəzinin Mülki hüquq və mülki proses kafedrasında baş müəllim,2004-2005-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik başidarəsində baş məsləhətçi, 2005-2013-cü illərdə Məhkəmə-HüquqŞurasının Aparatında böyük məsləhətçi vəzifələrində çalışıb.2013-cü ilin fevral ayından indiyədək Ədliyyə Nazirliyinin ƏdliyyəAkademiyasının prorektorudur. 70-dən çox elmi məqalənin və əsərinmüəllifidir.

Ailəlidir, üç övladı var.

Seçilən
101
3
az.trend.az

4Mənbələr