AZ

İran polad məhsulları ixracını qadağan edib

Bakı. Trend:

İranın Ticarət İnkişafı Təşkilatı 26 apreldən etibarən poladməhsullarının ixrac edilməsinə qadağa tətbiq edib.

Trend-inməlumatına görə, bununla əlaqədar Ticarət İnkişafı Təşkilatı İranGömrük Administrasiyasına məktub ünvanlayıb.

Qeyd edək ki, İranda polad istehsalı potensialı ildə 40 milyonton civarındadır.

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İrandabir neçə polad zavodu vurulub və onlara ciddi şəkildə ziyandəyib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailİrana qarşı hərbi hava hücumlarına başlayıb və İran da həmin gündənİsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşətutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İranarasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İrantəklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başaçatana qədər atəşkəsi uzatdığını bildirib.

Məqalədə:
Seçilən
59
4
az.trend.az

7Mənbələr