Podqoritsada Azərbaycan və Monteneqronun xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumat Monteneqro XİN-in "X" sosial şəbəkə hesabında yayılıb.
Nümayəndə heyətlərinə Monteneqro XİN-in dövlət katibi Perişa Kastratoviç və Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev rəhbərlik ediblər.
"Müzakirələr zamanı tərəflər diqqəti energetika, turizm, kənd təsərrüfatı, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəldib, iki ölkə arasındakı möhkəm və dostluq münasibətlərini təsdiqləyiblər", - məlumatda qeyd olunub.
Bundan başqa, çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərinə, Monteneqronun avrointeqrasiya prosesinə, eləcə də əsas regional və qlobal çağırışlara dair fikir mübadiləsi aparılıb.