Bakı. Trend:
Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücühəbs edilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişinümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına cidditəhlükə yaradan “BMW” markalı, 90-UC-211 dövlət qeydiyyat nişanlınəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb.
O.Kamilli idarə etdiyi avtomobillə intizamsızlıq edərək yolhərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıqhərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.
Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraqbaxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə O. Kamillinin sürücülük hüququ 1 ilmüddətində məhdudlaşdırılmaqla o, 15 sutka inzibati qaydada həbsedilib.