AZ

Tramp: Bukinqem Sarayında yaşamaq istəyirəm

BAKI, 28 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp "The Daily Mail" qəzetində onun Britaniya kral ailəsi ilə əlaqələrinə dair gedən məlumata münasibət bildirib.

Teleqraf xəbər verir ki, Donald Tramp zarafatla uzun müddətdir ki, Bukinqem sarayında yaşamaq istədiyini deyib. O, bu barədə "Truth Social"da paylaşım edib.

"Həmişə Bukinqem Sarayında yaşamaq istəmişəm!!! Bir neçə dəqiqədən sonra bunu Böyük Britaniyanın Kralı III Çarlz və Kraliça Kamilla ilə müzakirə edəcəyəm!!!"

Aprelin 27-də III Çarlz və həyat yoldaşı Kamilla 2007-ci ildən bəri ilk dövlət səfəri üçün ABŞ-yə səfər ediblər. Londonun Vaşinqtonla xüsusi münasibətlərini əvvəlki səviyyəyə qaytarmaq məqsədi daşıyan səfər aprelin 30-dək davam edəcək.

Qeyd edək ki, Bukinqem sarayı Britaniya monarxlarının Londondakı rəsmi iqamətgahıdır.

Seçilən
52
1
teleqraf.com

2Mənbələr