AZ

Cəlil Məlikov: Şuşanı yaşamaq lazımdır VİDEO

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

​"Şuşanı yalnız eşitmək və görmək kifayət deyil, Şuşanı yaşamaq lazımdır" — bu fikirləri Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılış mərasimindən sonra media nümayəndələrinə müsahibəsində deyib. Şöbə müdiri bildirib ki, 2023-cü ildə Ərdəbil şəhərində keçirilən İƏT Nazirlər İclasında Şuşa şəhəri 2026-cı il üçün təşkilatın turizm paytaxtı elan edilib. ​C.Məlikov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ildə Şuşada silsilə tədbirlərin keçirilməsi ilə bağlı xüsusi sərəncam imzalayıb. Hazırkı tədbir bu çərçivədə atılan ilk addımdır və burada bütün üzv ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir. ​Turizm rəsmisi qarşıdakı günlərdə və il ərzində planlaşdırılan fəaliyyətlər barədə də ətraflı məlumat verib. Onun sözlərinə görə aprelin 28-də qastronomiya festivalı və turizm üzrə yüksək ekspertlərin iclası keçiriləcək.​Aprelin 29-da növbəti 7-ci Nazirlər Görüşü təşkil olunacaq. Eyni zamanda ​il ərzində İƏT-ə üzv ölkələrin turizm sənayesi və media nümayəndələrinin Şuşaya mütəmadi səfərləri təşkil olunacaq.​İlin sonunda isə fəaliyyətlərin yekunu olaraq böyük bağlanış mərasimi keçiriləcək. Azərbaycanın təşkilatla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən agentlik rəsmisi, ölkəmizin bir neçə mühüm yeniliyə imza atdığını xatırladıb. Onun sözlərinə görə, bu gün ənənəyə çevrilmiş turizm operatorlarının görüşünün ilk təşəbbüskarı Azərbaycan olub və ölkəmizdə bütün üzv ölkələrin faydalandığı "Turizm Təhsili Şəbəkəsi" yaradılıb.

S.Həsənova Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
1
azvision.az

2Mənbələr